Ağdam, Borçalı, Daşkəsən, Gəncə, Xanlar, Kəlbəcər, Qazax, Şəmkir, Zaqatala
Aciz, ağırtərpənən, tənbəl. □ Sən yaman yasar adamsan (Ağdam); Yasar ona de.llər ki, bir şey başarmır (Xanlar); Əşi, sən nə ölü adamsan, adam da habuğartax yasar olarmı? (Zaqatala).
Azərbaycan dilinin dialektoloji lüğətiAğcabədi, Cəbrayıl, Daşkəsən, Füzuli, Gədəbəy, Hamamlı, Xanlar, Qazax
Bax: yasdan. □ Yaylağe:dən də yasdanıya tüşürük (Ağcabədi); Heyvannar yasdanada yatışıp (Cəbrayıl); Mallar yuxarı yasdanada otduyur (Daşkəsən); Qoyunnar yasdanada yatışıf (Hamamlı).
Azərbaycan dilinin dialektoloji lüğəti