Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

xır1

Ağdam, İsmayıllı, Quba, Şamaxı

Bax: xiy1.  Xır bizin yerrərdə ulmaz, bizdə çəltik əkmiyədülər (Quba); Gəl xıra su qoşağ, yanmasın (İsmayıllı).

xır2

Ağdaş, Bakı, Quba, Oğuz

Bostan.  Gedəgün bizim xıra qarpuz yeməgə; Gecə xıra oğri gəlmişdü (Bakı).

xır3

Ordubad

Tamam. □ Xörəx' xır duzdu.

xır4

Borçalı, Gədəbəy, Goranboy, Qazax, Tovuz, Zəngilan

Çınqıl; cınqıl qarışıqlı qum.  Orda olan daşın çoxu xırdı (Qazax); Bıra xırdı, bırda yaxşı şey olmır (Zəngilan); Xır harava yolunda çox olor (Gədəbəy); Yola daş döşədixdən so:ra üstünə xır tökülsə yaxşı olar (Tovuz).

xır5

Balakən

Paxıl, xəbis.

xır6

Cəlilabad, Göyçay, Kürdəmir

Vint. □ Maşının xırı açılmışdı (Cəlilabad).

xır7

Oğuz

Bostan ləki.

xır8

Qazax

Xırda.  Xırnan xurda bir sözdü.

Azərbaycan dilinin dialektoloji lüğəti

xırça1

Bolnisi, Çənbərək, Gədəbəy, Qazax, Şəki, Şəmkir, Tovuz

Bax: xıra2□ Alosman xırça qaldı, yekələmmədi dayna (Çənbərək); Xırça adamın konlunnan gündə üç dəfə allahlıx keçər (Şəmkir).

xırça2

Xanlar

Donuz balası.  Donuzun balasına xırça deyərəx.

xırça3

Oğuz, Şamaxı

İçərisində ağartı saxlanan dəri qab. □ Yavər bizə bir xırça üzzü pendir gətimişdi (Şamaxı).

Azərbaycan dilinin dialektoloji lüğəti