Ağdam, Başkeçid, Borçalı, Cəbrayıl, Gədəbəy, Göyçay, Mingəçevir, Tovuz, Zəngilan
Bax: oralamax. □ Bosdanı uralıyıf ya:nı ki tay qutarıf; İki günnən so:ra bosdanı uralıyajıyıx, onda gələrsən (Ağdam); Bosdan uralıyıllar, gedin siz də qıradan-zaddan yığın gətirin (Zəngilan); Qartof qazınınnan sonra uraləax gedəx' yerini (Gədəbəy); Ay uşax, gedin döələx’ləri uralıyın (Borçalı); Böyün qalxozun bosdanını uralayacaxlar (Cəbrayıl).
Azərbaycan dilinin dialektoloji lüğətiAğbaba, Ağdam, Cəlilabad, Gədəbəy, Hamamlı, İsmayıllı, Şahbuz, Şərur, Tovuz
Urcah olmax: bax: uyurcah olmax. □ Səhər-səhər bilmirəm, sən mənə hardan urcah oldun; Bu mənə hardan urcah oldu? (Ağdam); Blimerəm, hardan urcah oldum muna özüm də (Gədəbəy); Bi sə:rki bi adam gedey urcah oley olara (Cəlilabad); Bı yannan o da mənə urcah oldu (Şahbuz).
Azərbaycan dilinin dialektoloji lüğəti