Cəbrayıl, Daşkəsən, Qazax, Tovuz, Şəki
Titrəmək, tir-tir əsmək (qorxudan və ya soyuqdan). □ Kişi uçunoy, ağacı da tuta bilmey (Daşkəsən).
Ağdərə, Cəbrayıl, Oğuz, Şuşa
Yellənmək. □ Gəl bir uçunax (Oğuz); Sulumçaxda ipnən uçunullar (Ağdərə); Qızdar, gəlin gedəx' uçummağa, uzun ip götümüşəm (Cəbrayıl); Uşax uçuncaxda uçunanda yıxılıf qolu çıxıf (Şuşa).
Azərbaycan dilinin dialektoloji lüğəti