Ağdam, Ağdərə, Basarkeçər, Borçalı, Çənbərək, Gədəbəy, Qarakilsə, Qazax, Şuşa, Tovuz
Toyuqların axşamlar üstündə yatdığı ağac. □ Töüxlar gejə tarda yatışır (Ağdam); Çücələr tara çıxa bilmir (Basarkeçər); Tö:ygə tar qoy üsdə çıxsın (Çənbərək); Tö:üxlər tarda yater (Gədəbəy); Tar hində qoyulur ki, tö:üxlər çıxıf orda yatsınnar (Ağdərə); Töyuxların hamısı tarda yatıf (Tovuz); Toyuğun tarı ağajdan qayrılar (Borçalı); Toyux yatan ağaca tar deyirix' (Şahbuz); Tö:üxlər tara çıxıf (Şuşa).
Basarkeçər, Başkeçid, Borçalı, Çənbərək, Hamamlı, Qazax, Şəmkir, Tovuz
Arabanın yan tərəflərindəki paralel üfüqi ağaclar. □ Haravanın tarı qırılıf (Qazax); Haravanın dört tarı olor (Borçalı); Haravanın qazıxların birləşdirən ağaca deirix' tar (Hamamlı).
Ağcabədi, Ağdərə, Basarkeçər, Başkeçid, Borçalı, Cəbrayıl, Çənbərək, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir, Şuşa
Küləyin bir yerə topladığı qar yığını. □ Tarın altınnan yap adam gedir (Ağcabədi); Tar dağlardo.lur, hara küləx' dəydi ordo:lur (Ağdərə); Meşə: gedəndə tarapatmışdım, güjnən çıxdım (Gədəbəy); Tar yolları basıf (Çənbərək); Arıx keçi tara batdı (Cəbrayıl).
Azərbaycan dilinin dialektoloji lüğəti