Ağdam, Bərdə, Cəbrayıl, Gədəbəy, Kürdəmir, Yevlax, Zəngilan
Bir qədər qurumaq. □ Bir-iki gün qal, yoliriz təpiyənnən so:ra get (Ağdam); Yer təpiməsə, tərpənməx' olmaz, çöldə batdax dizə çıxır (Bərdə); Yer təpisin, gedin vəri:zı döyün (Zəngilan); Gözdə paltar təpisin, Sora yığarsan (Yevlax); Yağışdan sonra yol təpiməsə, getməx' olmaz (Gədəbəy).
Azərbaycan dilinin dialektoloji lüğətiAğdam, Bərdə, Göyçay, İmişli, Mingəçevir, Şuşa
Xingal bişirmək üçün hazırlanan yarıçiy yuxa. □ O təpitmələri doğra, su asmışam xəngəlpişirəx' (Ağdam); Beşaltı təpitmə var, gəti oları xıngal bişirim (İmişli).
Ağcabədi, Cəbrayıl, Şuşa, Ucar
Yağlı xəmirdən hazırlanmış məlhəm. □ Üş gündü topuğuma təpitmə qoydurram, indi bir əz babatdı (Ağcabədi); Uşağın qılçasına təpitmə qoydux, şişi çəkildi (Ucar); Təpitmə qoyannan bəri əlimin şişi yatıb (Cəbrayıl).
Həmçinin bax:
Azərbaycan dilinin dialektoloji lüğətiKürdəmir, Tərtər, Zəngilan
Bax: təpbək2. □ Böyün bağ təpeyssı:z? (Zəngilan); Məktəbin bağında xeyli yer təpdim (Kürdəmir); Cijim baxçada yer təpir (Tərtər).
Bərdə, Xanlar
1.Bax: təpbək2.
2. Südünü qurutmaqla əlaqədar olaraq balasını əmməyə qoymamaq. □ Gamışımız təpif (Bərdə); Bizim inəx' də bu il çox tez təpdi.
Xanlar
Hücum etmək, soxulmaq. □ Altı çanavariydi, biri təpdi qoyuna.
Azərbaycan dilinin dialektoloji lüğəti