Culfa, Ordubad, Zəngilan
Kisə. □ Ağ təlisinən bir sümbül yığmışdıx (Zəngilan); Bizdər mişoğa təlis diyarıx (Ordubad); Təlisə un yığırıx, dən yığırıx (Culfa).
Astara, Cəlilabad, Gədəbəy, Qazax, Lənkəran, Masallı
Əl-üz dəsmalı. □ Təlis qoymuyufsan əlimizi siləx' (Qazax); Təlisi bəri elə:nnən silem üzümü (Gədəbəy); Təlisi ver üzümü silim (Lənkəran); Qıza, qıza! Təlisi ver, Hüseynağa üzün silsin (Cəlilabad).
Cəlilabad
Əlüzyuyan. □ Qıza, təlisə su tökginən.
Gəncə
Üzərinə tut çırpmaq üçün bir-birinə tikilmiş böyük parça.
Azərbaycan dilinin dialektoloji lüğəti