Ağcabədi, Beyləqan, Borçalı, Cəbrayıl, Gədəbəy, Hamamlı, İmişli, Şəki, Şuşa
1. Ürəyi sıxılmaq, darıxmaq (Ağcabədi, Beyləqan, Cəbrayıl, Gədəbəy, Hamamlı, İmişli, Şəki). □ Yaman ürəyim tasalanır (Şəki); Hə:, də:sən tasalanmısan (Ağcabədi); Yamanca tasalanmısan, ha: (Beyləqan); Ejrinnən yatammeyrim, tasalaneyrım zavahdannan (Gədəbəy).
2. Əsəbiləşmək (Borçalı, Şuşa). □ Yəni biri ajıxlanır, hövsələdən çıxer, de:irsən ki, niyə tasalanersan (Borçalı); Bura bax ey, mə:m üsdümə niyə tasalanırsan (Şuşa).
Azərbaycan dilinin dialektoloji lüğəti