Balakən, Gədəbəy, Mingəçevir, Oğuz, Zaqatala
Bax: qadağ. □ İri qadax yaxşıdı yerə vurmağa (Gədəbəy).
Şəki
Dəmir yamaq (təknə və ya tabağın çatlamış yerinə vurmaq üçün). □ Soruş gör, tabağa qadax sala bilər?
Zəngibasar
Zarafat. □ Genə qadağınnan əl çəx'mirsən.
Azərbaycan dilinin dialektoloji lüğəti