Ağdaş, Göyçay, Mingəçevir, Oğuz, Şəki
Xəmiri südlə yoğrulan və şəkər, zəfəran və müxtəlif ədviyyatla bişirilən çörək. □ Bi təndir o:madan bi dənə qalmi:tdi, hamsi yiyi:ltdi; O:manı bayramda yapallar (Şəki); Anam o:ma göndərmişdi (Ağdaş); O:manı bayramnan-bayrama pişirillər (Oğuz).
Cəlilabad
Aşılanmış. □ Yadımdədi o:ma gönin çarıği.
Azərbaycan dilinin dialektoloji lüğəti