Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

oymaca

Gədəbəy, Tovuz

Bax: oymaça□ Beyjə gənə oymacam qalxmışdı, beləjə ölüf ölümnən qayıtmışam (Tovuz); Oymaca tutmuş pişix' gəlif qarını cırıf murdarre:f yağı; Oymaca axşamnan tutuf kişiyi (Gədəbəy).

Azərbaycan dilinin dialektoloji lüğəti

oymax1

Kürdəmir

Bax: oymağ1□ Oymaxsız cannığı təfçiməy olmaz.

oymax2

Qazax, Mingəçevir, Oğuz, Tovuz, Şəki, Təbriz, Ucar

1. Bax: oymağ2□ Bizim oymağa diyillər Oruşdar (Şəki); Oymaxnan dəngə bir işdənir (Ucar); İrvahım Hajılı oymağınnandı bu kətdə (Tovuz).

2. Oba, kənd (Tovuz).  Burda oymağ ayrı-ayrı kətdərə deyilir.

oymax3

Culfa

Bax: oyma2.

Azərbaycan dilinin dialektoloji lüğəti

oyşarramax

Çənbərək

Bax: ovşarramağ□ Çovan keçiləri oyşarradı; Oyşarrasana keçiyi quş kimi.

Azərbaycan dilinin dialektoloji lüğəti