Borçalı, Böyük Qarakilsə, Goranboy, Qarakilsə, Şəmkir, Tovuz, Yevlax
Hülqum. □ Malazam ağre:ir (Yevlax); Boğazıma söüx dəyəndə malazam da ağrıyer (Böyük Qarakilsə); Malaza adamda da olor, heyvanda da (Borçalı).
Cəbrayıl
Angina.
Oğuz
Zəhər. □ Səni malaza yə:sən.
Azərbaycan dilinin dialektoloji lüğəti