Ağdam, Borçalı, Cənubi Azərbaycan, Culfa, Əli Bayramlı, Gəncə, Qazax, Lənkəran, Masallı, Naxçıvan, Ordu-bad, Şahbuz, Şərur, Tərtər
1. Döşəkağı. □ Dur ordan bir təmiz mələfə gəti (Lənkəran); Mələfəni salırıx döşəyin üsdünnən (Şahbuz); Mələfə bezdən olar (Borçalı).
2. Yeni doğulmuş uşağın büküldüyü parça.
Culfa
Yastıq.
Azərbaycan dilinin dialektoloji lüğəti