Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

məəl

Ağdam, Qəbələ, Zərdab

Bax: mağal İsdi düşməmiş naxırçı malı məələ gətirdi (Zərdab); Mallar məəldə otduyur (Qəbələ); Heyvanı yığ məələ (Ağdam).

Azərbaycan dilinin dialektoloji lüğəti

məfrəc

Bakı, Ordubad

Bax: mərfəş□ Bir məfrəc də tapılmır ki, bu yorğan-döşəgi yığım içinə (Bakı).

Azərbaycan dilinin dialektoloji lüğəti

məgəl

Balakən, Dərbənd, Qax, Quba, Qusar

1. Ağıl (heyvan saxlamaq üçün çəpərlənmiş yer).  Məgəl biz diyəruğ dörd bir tərəfi hasarranub heyvannarı saxla:n yərə.

2. Bax: mağal Heyvannarı yazda məgələ salardular ki, urda gəzişsinnər, yatışsunnar (Quba); Şixi dayinün mallara yazuği gəlməyədü, sabadan heyvannari məgəldə saxləyədü (Dərbənd).

Azərbaycan dilinin dialektoloji lüğəti