Ağdaş, Cəbrayıl, Cəlilabad, Culfa, Dəvəçi, Füzuli, Gədəbəy, Qax, Qarakilsə, Qazax, Laçın, Lənkəran, Masallı, Salyan, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Zəngilan
Şikəst. □ Qızın bi gözi mayıfdu (Lənkəran); Balaxanımın gözinin biri mayıfdı (Salyan); Mayıf adamam, işə yaramıram (Şəki); Hasanın gözi mayıfdı (Laçın); Qolum da mayıfdı, gözüm də (Füzuli); Müharibə çox adamı mayıf elədi (Cəbrayıl); Məhəmmədin bir oğlu mayıfdı, işdiyəmmer (Qazax); Yıxılmışam, əlim mayıf oluf (Tovuz); Elə elə ürəyinə dəyməsin, axı onun bi gözi mayıfdi (Cəlilabad); Mayıf adamam, təh gedəmmənəm, gərəx’ bir adam məni ötürə (Salyan).
Azərbaycan dilinin dialektoloji lüğəti