Ağdam, Bakı, İsmayıllı, Kürdəmir, Quba, Qusar, Lənkəran, Masallı, Salyan, Yevlax, Zərdab
Balaca saxsı kasa. □ Bir masqura yağ daşıb yerə töküldü (Masallı); Anam qaymağları masquralara yığdı (Salyan); Ağəz, dur bu masquranı qoy yerinə (Bakı); Gid kaladan bir masqura nuxud getir gəl (Quba); Bibim bizə bir masqura qatığgətdi (Zərdab); Kasənin balacəsi oley ha, ona deylər masqura (Cəlilabad).
Azərbaycan dilinin dialektoloji lüğətiBorçalı, Cəbrayıl, Culfa, Xocavənd, Qazax, Ordubad, Salyan, Şahbuz, Şəki, Şərur, Şuşa, Yardımlı, Zəngilan
1. İri ala lobya. □ Maş lobyadan iri olır (Salyan); Maşı xörəyə tökəllər yiyəllər (Şərur); Nərgiz maş gətdi (Ordubad); Maşı salırıx ətə (Culfa).
2. Xırda və qırmızı lobya (Cəbrayıl, Şahbuz, Zəngilan). □ Bi:l bir əz maş əhmişdim, onu da dolu korradı getdi (Şahbuz); Aşınkı maşdı, elə ləzətdi olur ki (Zəngilan).
Azərbaycan dilinin dialektoloji lüğəti