Gədəbəy, Qazax, Tovuz
Baca. □ Damın pajasına közməx' de:rix' (Tovuz); Peyini niyə közməx'dən atmırsan (Qazax); Toyla tikəndə közməx' də qoydurun, bir əz iriləx' (Gədəbəy).
Tovuz
Burun deşiyi. □ Burnunun közməyi nə yekədi.
Təbriz
Qabar. □ Annıları <alın> nəmaz qılmaxdan közməx' bağlıyıb.
Azərbaycan dilinin dialektoloji lüğəti