İmişli, Tərtər
Daldalanacaq. □ Orda könəlgə düzəldillər ki, so:ğ olmasın (Tərtər); Yağış yağer, bir könəlgə tapax (İmişli).
Bərdə, Şuşa, Tərtər
Arxa, dayaq. □ Mənim könəlgəm sənsən (Şuşa).
Meğri
Yardım, kömək. □ İndi qalxuzın bizə könəlgəsi çoxdu.
Salyan
Meyil, mehr. □ Cavanşir dedi ki, könəlgəmi İsmayılgilə salmışam.
Azərbaycan dilinin dialektoloji lüğəti