əksər dialekt və şivələrdə
Bax: gev. □ Göy də adamın bir oğludu elə (Gədəbəy); Mə:m göyüm heş bir işin qulpunnan yapışmır (Tovuz).
Qazax, Şəmkir, Tovuz
Xəsis. □ Göy olma, dur bu toğlunun birni kəs yiəx' (Şəmkir).
Göyçay, Zerdab
Yetişməmiş (meyvə).
Qazax
Göycəqarğa. □ Göy də quşdu.
Azərbaycan dilinin dialektoloji lüğəti