Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

gəzal

Ağdaş, Göyçay, Kürdəmir, Ucar

Bax: gazal Gəzal çox acı olur (Ağdaş); Gəzalnan keşmişdə yara sağaldırdılar (Ucar).

Azərbaycan dilinin dialektoloji lüğəti

gəzəl

Ağcabədi, Basarkeçər, Borçalı, Füzuli, Gədəbəy, Xocavənd, Qazax, Tovuz

Bax: gazal Eymiyi gəzəlnən də boamağ olor (Gədəbəy); Gəzəlnən ip boaner (Borçalı); İp boyamaxdan ötəri gəzəlyığmağa gedirix' (Basarkeçər).

Azərbaycan dilinin dialektoloji lüğəti

gəzənə

Bakı, Lənkəran, Ordubad

Bax: geznə Gəzənə çox dərtdərin mərhəmidi (Bakı); Ot çalarkən gəzənə əlimi daladı (Ordubad).

Azərbaycan dilinin dialektoloji lüğəti