Bakı, Cəbrayıl, Zəngilan
Təpə. □ Daharın döşündə yaxşı ot var (Zəngilan); Qoyunnar daharın döşündə otduyur (Cəbrayıl); Bi dənə yaşıllığ yoxdu a, hara baxırsan dahardu (Bakı).
İmişli, Kürdəmir
Südlü darı aşı. □ Dahara yağ tökəndə daddi olur (Kürdəmir).
Azərbaycan dilinin dialektoloji lüğətiBərdə, Çənbərək, Qafan, Qax, Mingəçevir, Şəki, Şuşa, Zaqatala
Divarları qamışdan hörülüb suvanmış daxma. □ Sizin daxal su buraxırmı? (Zaqatala); Daxal üstü taxta, yar; Al kəmərimi saxla, yar; Yarım gedif səfərə; Ala unu saxla, yar (Şəki); Daxala dən sərmişəm, sərçələr dənnəməsin (Qax); İndi biz təzə evlərdə yaşıryrıx, daxal keşmişdəydi (Bərdə); Daş əv daxaldan yaxşıdı (Qafan).
Ağdaş, Göyçay
Qonaq otağı. □ Bizim daxalmız böyükdü.
Azərbaycan dilinin dialektoloji lüğətiGəncə, Kürdəmir, Qax, Qazax, Oğuz, Şəki, Şəmkir, Tovuz
1. Neft, mazut və suqabı (Kürdəmir, Qazax, Şəmkir, Tovuz). □ Kimdə mazıt qoymağa daqqa var? (Qazax); Get daqqamızı nöyütnən doldur gə (Tovuz); Daqqada mal-qarıya su verillər (Kürdəmir).
2. Buğda, arpa saxlamaq üçün taxtadan, ağacdan hazırlanmış qab, çəllək (Gəncə, Qax, Şəki). □ Buğdanı daqqıya tök ki, salamat olsun (Gəncə); Daqqada naxarta buğda olar? (Şəki); Daqqaya nə olsa qoyuylar (Qax).
3. Taxılölçən qab (Kürdəmir, Oğuz, Şəki). □ Daqqeynan keşmişdə taxıl ölçərdix' (Oğuz);
Bir daqqa tutur on üç girvənkə bi çetver; Uş daqqa birputdı (Şəki); Bi daqqa arpam qalıp (Kürdəmir).
Mingəçevir, Şəki
Qaragül dərisindən papaq. □ Mən havı daqqanı tihdirən üç ildən artıxdı (Şəki).
Bərdə, Hamamlı, Qazax, Yevlax
Lovğa, ədabaz. □ Nə hörməti olajax daqqa adamın? (Bərdə); Həsən yaman daqqa adamdı (Hamamlı).
Azərbaycan dilinin dialektoloji lüğəti