Gəncə, Şəki, Tovuz
Qələmə ağacı. □ Daranqı ağacı yumuşax olar (Şəki); Daranqıyı ildə bir dəfə daramasan böyüməz; Elə adını ildə bir dəfə darandığı üçün daranqı qoyuflar dana; Bu:zun <bu uzun> ağaşdara qələmə də de:rix', daranqı da (Tovuz).
Qazax
Ağacın kəsilmiş quru budaqları. □ O daranqıdan bir əz gəti, ojağı qalıyax.
Azərbaycan dilinin dialektoloji lüğəti