Ağdam, Bərdə, Borçalı, Füzuli, Gədəbəy, Gəncə, Hamamlı, Qax, Qazax, Şəki, Şəmkir, Şuşa, Tovuz
Bax: bıdamax. □ Ürəyin nə qədə isder Abbas Vəliyi budadı (Borçalı); Qolu ağrıtınca budadı (Qax); Ə:, ay insafsız, nə:n budo:ysun onu? (Gədəbəy); Çox danışma ə, duruf səni buduyaram (Hamamlı); Ollar bir-birini budadılar (Tovuz); Acığı tutuf uşağı bir yaxşı budadı (Şəki); Bir dəfə tutuf yaxşıca budasan onu, bir də belə şey eləməz (Ağdam); Laf kefin isdiyən budadım onu, ta: bir də qələt eliyif bura gəlməz (Şuşa).
Qax
məc. Parçalayıb yemək, kobud şəkildə yemək, gözünə təpmək. □ Vallah, elə buduyurdu, elə bil, daldan alamançı geliy.
Azərbaycan dilinin dialektoloji lüğətiGədəbəy, Qarakilsə, Qazax
Buğa. □ Qoyma! Qoyma! Buğarsax qırdı qaşdı (Qazax); Buğarsax gəlip alaçığı dağıtdı (Qarakilsə).
Gədəbəy
Qaramalın buğaya gəldiyi yer. □ Malı buğarsağa sarı haylə:n kimdi? Mal buğarsağa e:dif dan üzünnən.
Qazax
Avara, işsizlər dəstəsi. □ Keşmişdə döyrüş Hasanın buğarsağı heş kəsilmerdi.
Azərbaycan dilinin dialektoloji lüğətiDərbənd
İçərisinə kişmiş və turşu doldurularaq bişirilən balıq. □ Bu gün anam buğlama pişiritdi, kitso <gedirsənsə> kitəğ, yiyağ.
Qazax
Azacıq su ilə öz buğuna bişirilən bozartma. □ Anam buğlama pişirer.
Basarkeçər, Borçalı
Soyutma kartof. □ Anam savahnan qonağımıza buğlama pişirəjəx'.
Azərbaycan dilinin dialektoloji lüğəti