Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

əlcəx'1

Çənbərək, Basarkeçər, Naxçıvan, Ordubad, Tovuz

Bax: əlcək1 Kərəntinin əlcəyi qırılıf, gərəx' təzəsin düzəldim (Basarkeçər); Kərəntinin əlcəyi boz söyütdən yaxşı olar (Çənbərək); Əlcəx' qapıda olar tutmağa (Naxçıvan); Xış əlcəx'siz olmaz, əlçəx'dən tutub əkillər (Ordubad).

əlcəx'2

Füzuli, Zəngilan

Bir dəstə biçilmiş taxıl; bir əl tutumu taxıl.  Bir bafa üç əlcəx' olur (Zəngilan); Üç əlcəx' qoyurux bir-birinin üsdünə bir bafa olur (Füzuli).

əlcəx'3

Qazax

Taxıl biçərkən oraqla əli kəsməmək üçün sol əlin barmaqlarına taxılan taxta barmaqlıq.

əlcəx'4

Ağcabədi, Ağdam, Çənbərək

Əl boyda daranmış yun.  Qavaxcan əlcəx' eli:llər, əlcəyi əyririx', yumşaxlıyırıx, onu bux'dəririx', axırda dizimizdə kələf eli:rix' (Ağdam); Əyriləsi yunum vardı, əlcəx' eləmişdim, dünənnəri burxutdadım (Çənbərək).

əlcəx'5

Qazax

Bax: əlcək.

Azərbaycan dilinin dialektoloji lüğəti