Culfa
Aşıqla oynanılan qumar. □ Üçəm oynallardı qabaxlar.
Kəlbəcər
Qumrov. □ Üçəm qoyunun boğazında olar.
Ağdam, Əli Bayramlı, Gədəbəy, Kürdəmir, Qazax, Naxçıvan, Ordubad
1. Bir dəfəyə üç bala doğmuş qoyun, keçi (Ağdam, Əli Bayramlı, Kürdəmir, Ordubad). □ Bizim qalxozun qoyunnarının çoxu üçəm qoyunnardı (Ordubad).
2. Üçqat (Gədəbəy, Kürdəmir, Qazax). □ İpi üçəm əyir (Qazax).
3. Üç cərgə (Naxçıvan). □ Qatırı üçəm yüklə.
Azərbaycan dilinin dialektoloji lüğəti