Ağdam, Gədəbəy, Gəncə, Xanlar, Laçın, Naxçıvan, Şəki, Yevlax, Zəngilan
1. Saxsı kasa (Naxçıvan).
2. Ölçü qabı (Ağdam, Gəncə). □ Taxılı çanağınan ülçürəx' (Xanlar); Çanax aşağdan olur (Ağdam).
3. Ölçü vahidi (Şərur, Zəngilan). □ Bir çanax on girvənkədi (Zəngilan); Mana bir çanax taxıl ver (Gəncə); Bir çanax üş put un girvənkədi (Şəki).
Cəlilabad, Əli Bayramlı, Kürdəmir, Sabirabad
1. Ocaq qalamaq üçün qazılıb düzəldilmiş yer (Cəlilabad, Kürdəmir). □ Qapıdan çapal qazıruğ, qazanı o:un üssünə qoyup xörək bişirrük (Kürdəmir); Yeri qazzuğ belə çapal kimi (Cəlilabad).
2. Çiyid islatmaq üçün qazılmış yer (Əli Bayramlı, Sabirabad).
Ucar
Çatlamış (nar). □ Çapal nar tez çürüyər.
Salyan
Bir az, bir qədər. □ Bir çapal xaşil yemişəm sə:r.
Azərbaycan dilinin dialektoloji lüğəti