Reklam
Reklam

Məsəllər, deyimlər

SÜMÜYÜNÜ İT SÜMÜYÜNƏ CALAMAQ

Arzu olunmayan, xoşa gәlmәn ailә ilә qoһum olmaq, layiq bilinməyən nəslin qızı ilə evlәnmәk.

İfadә atəşpərəstlik dövrünün adətlərindən qaynaqlanır.

Atәşpәrәstlik düşüncəsinə görə, ölәn adamları müqәddəs torpağa basdırıb torpağı insan әti ilә murdarlamaq olmazdı. Ölünü daxmalara qoyurdular, orada quşlar ölünün әtini yeyir, qalan sümüklәri isә bir yerә yığırdılar. Bunun üçün hər qәbilә vә ya tayfanın xüsusi daxması olardı. Digәr tәrәfdәn qәbilәnin üzvlәri mütlәq başqa qәbilә üzvlәri ilә evlәnmәli vә son nәticәdә gәlәcәkdә sümüklәrin bir-birinә qarışmasına bais olmalı idi. Buna baxmayaraq qәdimdə hәr qәbilә üzvü yalnız öz qәbilәdaşlarını әn yaxşı, әsl «adam» һesab edirdi.

Tarixdәn mәlumdur ki, V әsrdә qәdim türk dilində danışan 500 ailә Ordos yaylasından köçüb gәlәrәk Altay dağlarının cәnub әtәklәrindә mәskәn salmışdı. Altayda isә yerli xalq da türkdilli idi. Odur ki gәlmәlәrlә yerlilәrin dili tez bir vaxtda qaynayıb-qarışırdı. Lakin hələ uzun müddәt onların arasında qәbilә ayrı-seçkiliyi davam etmişdi. Gәlmә 500 Aşin ailәsi özlәrini kübar hesab edir, yerlilәri qara camaat sayırdı. Әsilzadәlәr ağ sümüklәrini xalqın qara sümüyünә qatmamaq üçün kübar qızların qara camaatdan olanlara әrә getmәsini qadağan etmişdilәr.

XI–XIII әsrlәrdә qәbilә daxilindә «uruq» qoһumluq bölgüsü dә var idi. Uruqlar, adәtәn, bu vә ya digәr sümüyә daxil idi. Aşağı tәbәqәlәr, sadә adamlar «qara sümük», yuxarı tәbәqәlәr isә «ağ sümük» nümayәndәlәri һesab olunurdular. Daһa böyük tayfa birlәşmәlәri, ittifaqları «el» һesab edilirdi. Elin tәrkibindә boylar, obalar, oymaqlar vә uruqlar mövcud olurdu. «El» sözü «xalq», «dövlәt» mәnalarına gәlir. Elin başçısı «elxan», «elbaşı» adlanırdı.

Məsəllər, deyimlər