1. Sözünün üstündə duran, əhdə vəfa edən; vəfalı.
2. Kifayət edən, tam, bəs.
Yenidən görünmə, yeni baxış.
Cəhənnəmdə bir dərənin adı.
Məşhər dərəsi, qiyamət yeri.
Bax: vadiyi-məhşər.
1. Sakitlər dərəsi.
2. Məcazi mənada: qəbiristan.
Musa peyğəmbərin minacat üçün getdiyi dərənin adı.
1. Zəkat düşən, zəkat verilən adam.
2. Sifət kimi məcazi mənada: fağır, kasıb.
Hörmət edilməsi vacib olan.
Təqsiri göz önündə olan, sözsüz müqəssir olan.
Bax: vacibüttaət.
İtaəti vacib olan, sözünə və əmrinə qulaq asılması vacib olan.
1. Həmişə hər yerdə olan (Allah haqqında).
2. İsim kimi fəlsəfədə: mütləq ideya.
Ən zəruri, ən lazımlı.
Varlığı vacib olan (Allah haqqında).