Dava, müharibə, vuruş, döyüş.
Əbdülkəbir xeyli qoşun cəm edib haramıların cənginə getdi. (“Dilsuz və Xəzangül”)
*
Şəmşir, de sözlərin, saxlama ləngə,
Əsli aslan olan layiqdi cəngə.
Pişik tab gətirməz şirə, pələngə,
Dovşana hünərdə fil desəm, olmaz!
(“Şəmşir və Sənubər”)
*
İgid olan ölməz cəngdə, davada,
Qılınc çəkib hünər eylər qovğada,
Nizəsi sağ-sola oynar havada,
İzin versən, bu səfərə gedərəm.
(“Şahzadə Bəhrəm”)
*
Dədə Yediyar meydana girib, Qurbanini öz cənginə dəvət elədi. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıAda.
Deyirlər, Aslan şahın ölkəsində dəryanın ortasında cəzirədə yaşayan bir Gavdan adlı paşa varıdı. (“İrvahım”)
*
Atam məni bağlamışdı nəzirə,
Qürbət eldə yurdum oldu cəzirə;
Mən Pərini tapşırmazdın Vəzirə,
Bəyim, gedərgiyəm, genə gələrəm.
(“Alı xan”)
Azərbaycan dastanlarının leksikasıərəb. ciqqə
Başın ön və yan tərəflərinə tökülən tellər.
Qurbaniyəm, dərd cəkmişəm nəhanlar,
Xəyalım sevməkdi səntək cananlar,
Yanaşsa üzünə müştaq dəhanlar,
Nəfəs dəyər, cığaları yellənir.
(“Qurbani”)
*
Dastanlarda cığalanmaq feilinə də rast gəlinir:
Köçdü, getdi xan çobanın elləri,
Cığalanmır sərv tellər, ay lələ!
Uçub bülbül, boş qalıbdı dalları,
Boş qaldı budaqlar, dallar, ay lələ!
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikasıNazlanmaq, naz etmək, əzilib-büzülmək.
Ay nainsaf, gəl məni sən
O Şeyxi-Sənan eləmə,
Dərd məni çox söylədir,
Demə ki, hədyan eləmə.
Sonatək cilvələnib,
Sən belə cövlan eləmə.
(“Abdulla və Cahan”)
*
Şirin yenə də naz atdı, işvə satdı, Fərhadın qarşısında tovus kimi cilvələnib süzdü. (“Fərhad və Şirin”)
Azərbaycan dastanlarının leksikası