Falçı, rəmlçi, rəml atan (qum üzərində işarələr çəkməklə və ya başqa üsullarla gələcəkdən xəbər verən).
Rəml həm “qum”, həm də “fal” deməkdir.
– Gedib o adama deyərsən ki, bizim padşah xəstədi, rəmmallar onun xəstəliyinə haqq aşığının başını dərman buyurublar. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıDeyim “Novruz” dastanında işlənib.
Doqquz gün, doqquz gecə toy vurdurduqdan sonra Qəndabın kəbinini Novruza kəsdirdi, onun əlini Novruzun əlinə tapşırdı.
Camaat toyu təbrik edib dedi:
– Ulduzlarınız barışsın! Ruzunuz göydən yağsın, yerdə bitsin! Şanınız daha da ucalsın! (“Novruz”)
Azərbaycan dastanlarının leksikası