Məscid, türbə xidmətçisi.
Kərəm ilə Əslinin külünü sandığa yığdılar. Qırx gün, qırx gecə yas saxlayıb, külü bir qəbirdə basdırdılar, üstündə də bir günbəz tikdirdilər. Sofi də ölüncə bu günbəzdə mücəvür qaldı. (“Əsli və Kərəm”)
*
Adamlar yığıldılar, ağladılar, hər üçünü bir qəbirdə dəfn elədilər. Kənizlər də qəbirdə mücövür olub qaldılar. (“Şahzadə Əbülfəz”)
Azərbaycan dastanlarının leksikasıMüjə (kirpik) sözünün cəmidir; kirpiklər deməkdir.
Hər baxanda canlar alıb,
Saatda yüz qan eləmə.
Od kimi müjganların
Yarası öldürdü məni.
(“Abdulla və Cahan”)
*
Qurbani güldəstə bağlar oxuna,
Sinəm buta, yarım müjkan oxuna,
Bir namə yaz, hər divanda oxuna,
Görən deyə, var əllərin, bir də yaz!
(“Qurbani”)
*
A beymürvət, çıxdı canım,
Müjganların tökür qanım,
Sənə qurban Səlbi xanım,
Dur, yatmağın çağı deyil.
(“Müğüm şah”)
Azərbaycan dastanlarının leksikasıQuş.
Dastanlarda bəzən mürğ quşu, mürğü quşu, murğu quşu şəklində də işlənir (uzundraz, qızıl-qırmızı kimi sözlərdə də belə təkrara rast gəlinir).
Tez lələyi yandıran zaman bir murğu quşu güllə kimi özünü yetirib onun yanına düşdü. (“Sam şahzadə”)
*
Get dolangilən, xamisən hələ,
Püxtə olmağa çox hünər gərək,
Mürği-qafilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikasıİnsaf; insanlıq; mərdlik.
Mərd igidlər kəm olmazlar mürvətdən,
Hər kəsdənin qisməti var nemətdən.
Buğda verib çıxartdılar cənnətdən,
Şeytan ol Adəmi tovladı bir gün.
(“Fərhad və Şirin”)
*
Buxaradan gəlməyim yamandır,
Aman xanım, mürvət eylə, amandır.
Sayat bəy də Səyalıya qurbandı,
Aman xanım, azad eylə babamı.
(“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikası