Su altında qiymətli şeylər axtarmaq üçün dənizin dibinə dalıb çıxan üzgüçü; dalğıc.
Qəvvas çəkər dəryaların dürrünü,
Bilmək olmaz Yaradanın sirrini.
(“Sam şahzadə”)
*
Qəvvas olub, dəryalara dolmuşam,
Dərdü-qəmin bu canıma salmışam.
Tərlanımdan yaxşı tərlan tapmışam,
Molla, mənim ərzim yara yaz, yara!
(“Abbas”)
Azərbaycan dastanlarının leksikasıCənnət xidmətçiləri, cənnətdə olan gözəl oğlanlar.
Heç bilmirsən fikrim, zikrim handadı,
O da mənim kimi yanhayandadı.
Öldürsən də bil ki, gözüm ondadı,
Dönübdür qılmanə, mahi-təvanə.
(“Baxış-Leyla”)
*
Görəsən, dünya üzündə
Bir belə insan yoxmudu?
Behiştdə xəlq olunan
Huriyi qılman yoxdumu?
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikasıQırx nəfərdən ibarət abdallar.
Prof. Bəşir Əhmədov “Etimologiya lüğəti”ndə R.Gülpınarın “İslamda təriqətlər və məzhəblər” kitabına istinadən yazır: Peyğəmbər qohumlarından 40 nəfəri yanına dəvət edir və islamı yaymaq üçün kömək göstərmələrini arzulayır. Əli birinci razılığını verir və xəlifə rütbəsini Məhəmməd ona tövsiyə edir. Qırxlar bu şəxslərdir. Əli də onlardan biridir.
Alı xan deyərlər mənim adıma,
Darda qalsam, qırxlar yetər dadıma.
Hər vaxt mənim Pəri düşər yadıma,
Pərim, gedərgisən, haçan gələssən?
(“Alı xan”)
*
Qurbani der, arayıban tapmışam,
Qırxlar məclisindən bir pay qapmışam.
Kəbədisə mən də birin yapmışam,
Min könüldən bir yol gedə o burca.
(“Qurbani”)
*
Qırxlar məclisində söylənir adım,
Ərşə bülənd olub dadü fəryadım...
(“Qurbani”)
*
Qırxlar məclisində əzildi gilə,
Oxudu lal dilim, döndü bülbülə,
Xuda, sən kömək et Şah İsmayilə,
Bəlkə, ala bilə bu Gülüzarı.
(“Şah İsmayıl”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası