1. Çirkin, yaraşıqsız.
2. Qəbahətli, nalayiq, ləyaqətsiz.
Seyfəlmülük fərağında,
Gəzdim dərya qırağında,
Bədiəlcamal sorağında,
Qəbih camala uğradım.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
*
Qəzəbnak olub istədi Xəzangülü qətlə yetirsin, sonra fikir elədi ki, zənən tayfasını öldürmək qəbih işdi. (“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıBirlikdə yol gedən atlılar və s. dəstəsi; karvan.
Qəflə-qatır şəklində də işlənir.
Necə tab gətirim mən belə dağa?
Vüsalında yaman düşdüm irağa,
Yükləndi qəfiləm, yollandı dağa,
Heyif ki, zəhmətim tez hədər oldu.
(“Dilsuz və Xəzangül”)
*
Həmin yerdə qəflə-qatırı əyləyib, istirahətə məşğul oldular. (“Qulam-Kəmtər”)
*
Söz tamama yetdi. Seydini atdılar quyuya. Bir neçə gün Seydi suyun içində qaldı. Əhməd adlı bir tacir gəlib bu quyudan bir az kənarda qətlə-qatırı əyləndirmişdi. (“Seydi və Pəri”)
*
Bir də gördü ki, sabaha yaxın qəflə-qatırın ağzı açıldı. (“İrvahım”)
Azərbaycan dastanlarının leksikasıAy.
Klassik şeirdə gözəl üz mənasında işlənir.
Günəş nə yandırıb, qəmər nə yaxar,
Qətrələr oynayıb ümmana axar.
Qurbani der: kim şahına kəc baxar,
Onun kamalına tez zəval olu.
(“Qurbani”)
*
Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər... (“Qurbani”)
1. Açıq-qara.
2. Dialektlərdə sarımtıl madyana da qəmər deyilir.
Şah İsmayıl atasından bu sözü eşidib barigahdan çıxdı. Qəmərdayın ziltəngini bərkitdi, belinə qalxdı, sürüb anasının yanına gəldi... (“Şah İsmayıl”)
Azərbaycan dastanlarının leksikasıÇilçıraq, çıraq; asma lampa.
Bilirsənmi peyğumbərin yaşını?
Hansı yerdə şəhid etdi dişini?
O kimdi ki, kəsdi qəndil daşını?
O nəyə bənd oldu, nədən asıldı?
Nuhu yazmışdılar peyğumbərin yaşını,
Hindustanda şəhid etdi dişini,
Cavab: Əmir kəsdi qəndil daşını,
O, yola bənd oldu, dindən asıldı.
(“Məhəmməd və Güləndəm”)
Azərbaycan dastanlarının leksikasıVəziyyətin çox ağır, çıxılmaz olduğunu bildirmək üçün işlədilən ifadə.
Bu ifadə “Aşıq Qərib” dastanı ilə əlaqədar yayılmışdır. Dastanın qəhrəmanı Qərib uzaq diyardan, qürbətdən vətənə, sevgilisi Şahsənəmin toyuna gəlib çatmağa tələsir. Hələbdən çıxıb Tiflisə üz qoyur. Xeyli gedəndən sonra atı partlayıb ölür (başqa variantda – at itir). Qərib bu uzun, çətin yolu piyada getməli olur. Ayaqları qabar-qabar olur. ... Sazı sinəsinə basıb öz halına ... göz yaşı tökür (Musa Adilovdan).
Qərib başladı ağlamağa. Paşa Qəribin ağlamağını görüb ürəyi yandı, əmr etdi ki, Qəribə at versinlər. Həmin saat paşanın adamları Qəribə bir yaxşı at verib yola saldılar. (“Aşıq Qərib”)
Azərbaycan dastanlarının leksikası