Su.
Abu atəş, xakü baddan xəlq olduq,
Neçə şirin-şirin canlar qocalır.
(“Novruz”)
Abü ataş, xakü baddan xalq oldu,
Urufdu ki, dördü beşdən asıldı.
(“Məhəmməd və Güləndəm”)
Bu misralar Novruz bayramında axır çərşənbələrin ardıcıllığına bir işarədir: ab – su, atəş – od, xak – torpaq, bad – yel.
Azərbaycan dastanlarının leksikasıAzərbaycan dilinin izahlı lüğətində sözün sərsəri, avara, dərbədər mənası ilə yanaşı, dərviş, qələndər mənası da göstərilmişdir.
Dialektlərdə bilikli, bilici, yetim mənaları da var. Dastanlarda birinci mənaya rast gəlinir.
Cavan oğlan, nə məkandan gəlirsən,
Səbəb nədi, de, düşmüsən çölə sən?
Gözəl sevib, abdal olub çaşmısan,
Mən baxıram, nabələdsən yola sən.
(“Qurbani”)
Qeyd: Abdal yuxarıda göstərilən mənalardan başqa, xalqımızın etnogenezində iştirak etmiş tayfalardan birinin adıdır. Görkəmli rus şərqşünası V.Bartold abdalları hun tayfalarından biri hesab etmişdir. A.A.Bakıxanov da azərbaycanlıların tərkibində abdal tayfasının olduğunu qeyd etmişdir. Əməkdar elm xadimi S.Əliyarlı yazır: “Ola bilsin ki, əski hun “abdal” soyadı burada “əbdal” (ərəbcədən “bədəl” sözünün cəmindən alınması ehtimal olunur) sufi dərviş anlamı ilə çulğaşıq bir sintez keçmiş, sonra isə “abdal” soyadı təsəvvüf yosunu ilə “hörülüb” dəyişilmişdir...”.
Hazırda Ağdam, Sabirabad, GöyGöl, Oğuz, Tovuz, Qubadlı rayonlarında Abdal, Abdallı, Abdalanlı və s. adlı kəndlər var. Naxçıvanda və Şimali Qafqazda Abdal dağı, Tovuz rayonundakı çayda bu ad yaşamaqdadır: 1923-cü ilə qədər Laçın rayonunun inzibati mərkəzi “Abdallar” olmuşdur.
Azərbaycan dastanlarının leksikası1. Sulu, şirəli.
2. Məcazi mənada: mənalı, təsirli, gözəl ifadəli.
3. Məcazi mənada: möhkəm və iti.
Dastanda sonuncu mənasına rast gəlinir.
Mənə qürbət verib xaliqi-sübhan,
Müxənnət kimsəni kor eyləsin nan.
Sam da rəzmidə cəhl edən zaman,
Heybətimdən şəmşir abidar olar.
(“Sam şahzadə”)
Azərbaycan dastanlarının leksikasıMüasir dilimizdə cümə axşamı mənasında işlənir.
Məxəz dildə isə bu söz cümə günü mənasını verir. Dialektlərdə cümə axşamı ilə yanaşı, cümə gününü də ifadə edir. Dil tariximizdə “adına”nın cümə mənasında işlənməsini Nəsiminin bu qəzəlində görmək olar:
Şənbə günü mən uğradım ol sərvi-rəvanə,
Şeyda qılıban saldı məni cümlə cəhanə.
Yekşənbə günü məcnun olub heyranı oldum,
Gördüm yüzün, oxşatdım anı mahi-təbanə.
Düşənbə günü razi-dilimi dedim axır,
Ol gözləri nərgis, yüzü gül, qaşı kəmanə.
Səşənbə günü səyyad olub seyrana çıxdım,
Mən seyd oluban qurban olum püstə dəhanə.
Çərşənbə günü yar gəzə gəldi çəmən içrə,
Bülbül dəxi gördü yüzünü, düşdü fəğanə.
Pəncşənbə günü yarə dedim: pəndim eşitgil,
Faş etmə bu razi-dilimi yaxşı-yəmanə.
Adinə günü gördü cəmalını Nəsimi,
Əmdi ləbi-ləli-şəkkərin ol qanə-qanə.
Qeyd: Qəzəldə şənbə günü – şənbə, yekşənbə günü – bazar, düşənbə günü – bazar ertəsi, səşənbə günü – çərşənbə axşamı, çərşənbə günü – çərşənbə, pəncşənbə günü – cümə axşamı, adinə günü – cümə mənalarında işlənir.
Dastanlarımızda da adna günü cümə, adna axşamı cümə axşamı mənasında işlənir.
Qurbani der: bu dərdləri biləsiz,
Qohum-qardaş yığılasız, gələsiz,
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.
(“Qurbani”)
Azərbaycan dastanlarının leksikası1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər.
2. Məcazi mənada: son dərəcə gözəl qız, qadın haqqında.
3. Məcazi mənada: çox zirək, çox cəld; od-alov.
Adı Bədiəlcamal, bir pəri qızı,
Canıma od salan afət görmüşəm.
(“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”)
Dialektlərdə tufan, çovğun mənasında da işlənir. Dastanda bu mənada rast gəlinir.
Mənnən olan geriyə,
Getməsin irəliyə,
Arzım girən evləri,
Gecə afat bürüyə.
(“Arzı-Qənbər”)
Azərbaycan dastanlarının leksikası