Həbsxana, qazamat (keçmişdə adətən, yerin altında olurdu). (“Koroğlu” dastanının lüğəti)
Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub, zindana saldılar. (“Koroğlunun Bayazid səfəri”)
Üzərində metal döymək üçün dəmirçi aləti. (“Koroğlu” dastanının lüğəti)
Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox. (“Alı kişi”)
*
Koroğlu dedi:
– Mənim balam, çəkic-zindanım yoxdu ki, onunla yoxlayım. Allah sikkəvuranın evini yıxsın, pula sikkə vurmağı unudubdu. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıQış, qış fəsli. (“Koroğlu” dastanının lüğəti)
Qeyd: Rus dilində зима sözü ilə yaxınlığı hər iki dilin Hind-Avropa dil ailəsinə aid olması ilə bağlıdır.
Gəzdim şəhərlər, obalar,
Keçdi zimistan, yaz gördüm,
Dolandım çöllər, səhralar,
Bulaq üstə yarpız gördüm.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Zimistanım döndü yaza,
Qulaq verin sözə, saza,
Koroğlu yetdi muraza,
Xoş gəldiniz, dəlilərim!..
(“Koroğlunun qocalığı”)
Azərbaycan dastanlarının leksikasıƏsl mənası zərdüşti (kafir, dinsiz) olub, canlı dildə zındıq oğlu şəklində təhqir mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Bəlli Əhmədəm, əslim, soyum Kürdicə,
Söylə görüm, usta əl muzdun necə?
Könlüm qubar eylər ortandan biçə,
Usta, zındıq oğlu, al düzəlt sazı!
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıfars. zər – qızıl + ziba – bəzəkli
1. Bərli-bəzəkli paltar, bahalı parça.
2. Qızıl-gümüş, cəvahirat, qiymətli şeylər. (“Koroğlu” dastanının lüğəti)
Dastanda 2-ci mənada işlənir.
Şəhərin yerində kotan əkərəm,
Zər-zibasın Çənlibelə çəkərəm,
Misri qılınc çəkib al qan tökərəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası