Diri, canlı.
Heydər bəyəm, nə mürdəyəm, nə zində,
Heç bilmirəm nə məzhəbdə, nə dində;
Atam, anam məni görsə bu gündə
Heç xəbər almazlar haralı canım.
(“Heydər bəy”)
*
Kim görüb dünyada cavan, ya qoca,
Sağlar mənzil edə günbəzdə gecə,
Ölüm eydir bu günlərə qalınca,
Zindəykən murdəyə mən mehman oldum.
(“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikasıÖvlad, oğul-uşaq, nəsil, soy.
Mirzalı xan çox yumşaq xasiyyətli bir adam idi. Özünün də züryətdən heç nəyi yox idi. (“Qurbani”)
*
Keçmişdə Araz çayı sahilində Diri dağı deyilən yerdə Fərəməz bəy adlı bir bəy olmuş. Bu bəyin çoxlu mal-dövləti olmuş, ancaq züryəti yoxmuş. (“Qurbani. Diri versiyası”)
Azərbaycan dastanlarının leksikasıİmam Əlinin qılıncına verilən addır. (“Koroğlu” dastanının lüğəti)
Hərfi mənası ikifəqərəli deməkdir. Dastanda qılınc mənasında işlənir.
Bir igidin zatı olsa,
Qolunun qüvvəti olsa,
Meydan görmüş atı olsa,
Zülfüqarı kəskin olu.
(“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası