Arıq, əldən düşmüş, yaraşıqsız at. (“Koroğlu” dastanının lüğəti)
Axşam tumarlayar, səhər tumarlayar, yabıya bir can yandırırdı ki, gəl görəsən. (“Həmzənin Qıratı aparmağı”)
*
Gördün ki, bir yabının əlində necə avara qalmışdı... (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıDüşmən. (“Koroğlu” dastanının lüğəti)
Bir çox halda yağı və düşmən sözləri qoşa işlənir.
Götürüb belimə qılınc bağlayıb,
İzin versən, Ərzuruma gedərəm.
Yağı düşmən qəzəbindən qorxmaram,
İzin versən, Ərzuruma gedərəm.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Ərəb paşa, sənə bir ərz eləyim,
Yerim xəbər alsan, Muradbəyliyəm.
Yağı düşman mənnən qovğa başlasa,
Misri qılınc əldə gərək teyləyəm.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Əsasən qırmızı rəngdə olan qiymətli daş.
2. Al-qırmızı rəng simvolu kimi. (“Koroğlu” dastanının lüğəti)
Tellər qara, xallar qara, qaşlar qara, saçlar qara, dişlər ağappaq mirvari kimi, dodaqlar yaqutun kənarı kimi, gözlər elədi ki, eşq əhlinə öldürrəm deyir. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikasıAtın (və bəzi başqa heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər; yalman. (“Koroğlu” dastanının lüğəti)
Ərzurumun bazarına varanda
Məqamda düşmanı atmağın gərək.
Gördün ki, mətləbin başa varmadı,
Ərəb at yalına yatmağın gərək.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Axırda gördü olmayacaq, yapışdı atın yalından, özü də sərildi yəhərə. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Hündür bir yerin təpəsi, dikdir. (“Koroğlu” dastanının lüğəti)
Ağqayanın düşmən keçməz keçidi,
Güllü yalın cüt bulağı gözəldi!
(“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)
*
At odu üstündən ər aşırmaya.
Dərə dolandurub yal aşırmaya,
Üstündə əl-ətək dolaşdırmaya,
Qoç igidin atı dəli gərəkdi.
(Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıPis. (“Koroğlu” dastanının lüğəti)
Bu söz bəzən “çox yaxşı” mənasını da verir, dastanda yalnız mənfi mənası işlənir.
Qaldırram meydanın göyə tozunu,
Çıxardaram yamanların gözünü,
Gərək görəm Dünya xanım üzünü,
Ömür təzələnsin, can cilvələnsin.
(“Koroğlu ilə Bolu bəy”)
*
Yatmış idim, yaman gördüm duşumu.
Kimsə bilməz idi mənim işimi.
Koroğlu der hər kim sevər başımı,
Gəlsin, Dəmirçioğlu yaman haldadır.
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıYançidar etmək (eləmək): uzağa getməsin deyə heyvanın ipini ayaqlarına sarıma. (“Koroğlu” dastanının lüğəti)
Düşüb atları yançidar eləyib ota buraxdılar, özləri də bir balaca çəmənlikdə başlarının altını dik eləyib yatdılar ki, səhər tezdən durub ova başlasınlar. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası