Bir. (“Koroğlu” dastanının lüğəti)
Nərd oyununda, bir qayda olaraq, fars mənşəli saylar işlənir: yek, dü, sə, çahar, pənc, şeş. Mürəkkəb sözlərin birinci komponenti kimi də işlənir: yekrəng, yekdil.
Çağırın Eyvazı gəlsin məclisə,
Versin hazar badə, canə nuş olsun.
Qurun nərdtaxtanı, gəlin oynayaq,
Atın yeki dudan, o da şeş olsun.
(Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikasıArxasınca, dalınca, yedəyindən tutaraq. (“Koroğlu” dastanının lüğəti)
Kor Alı, daylar da yedəyində, tapdana-tapdana öz evinə gəldi. (“Alı kişi”)
*
Bir də gördülər ki, budu, Koroğlu gəlir. Gəlir, amma necə gəlir. Dürat yedəyində, başın dikib aşağıya. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıÇöl, düz, düzən. (“Koroğlu” dastanının lüğəti)
– Koroğlu, əgər bizə yaxşı hörmət eləmək istəyirsənsə, Bayazid yazısında yaxşı ceyranlar olur. Göndər, onlardan vurub gətirsinlər. (“Koroğlunun Bayazid səfəri”)
*
Hasan xan, Əhməd tacirbaşı Koroğlunun üç dəlisini ceyran əti adı ilə aldadıb göndərib Bayazid yazısına. (“Qulun qaçmağı”)
*
Durna gəzər yazı-yazı,
Göy üzündə səfi-sazı,
Yaxşı olur xoş avazı,
Bax gör, Eyvaz görünürmü?
(Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikasıPiyada. (“Koroğlu” dastanının lüğəti)
Digər dastanlarda yayax şəklində rast gəlinir.
İki əsgər bir-birinə varanda,
Aralığa quru dava salanda,
At yorulub yerdə yayan qalanda,
Qara polat şol qılıncın günüdür.
(“El şairləri”)
*
Müqayisə et:
O nədir ki, bu dünyada zatı yox?
O nədir ki, tikişi yox, qatı yox?
O nədir ki, yayax gedir, atı yox?
Çarx dolanır, bir tükənməz yolu var.
O yalandı, bu dünyada zatı yox,
O göydü ki, tikişi yox, qatı yox.
Aydı, gündü, yayax gedir, atı yox,
Çarx dolanır, bir tükənməz yolu var.
(“Heydər bəy” dastanı)
Azərbaycan dastanlarının leksikasıYavru çocuq, körpə, uşaq, bala mənalarını verir. (“Koroğlu” dastanının lüğəti)
Dastanda yavrum şəklində nəvaziş bildirən müraciət kimi işlənir.
Eyvazı tanıyıb dedi:
– Yavrum, Koroğlunun pələng kimi dəliqanlıları var ki, hər biri döyüş günü yüz adama cavab verər. Hamısı qıraqda durub, sən niyə təkbaşına mənim meydanıma girmisən? (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıYavan girər duşuna: ifadəyə həm məhəbbət dastanlarında (“Şah İsmayıl”), həm də Əndəlib Qaracadağinin “Şeirlər məcmuəsi”ndə rast gəlinir. (“Koroğlu” dastanının lüğəti)
”Zərnişan xanımın Çənlibelə gəlməyi“ qolunda misra “...cavan girər duşuna” şəklində işlənir.
On dördündə sevda yenər başına,
On beşində yavan girər duşuna,
Çünki yetdin iyirmi dörd yaşına,
Boz bulanıq axan selə bənzərsən.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Qeyd: Bu vücudnamə orta məktəb dərsliklərinə (“Ədəbiyyat nəzəriyyəsi”, rus bölməsi üçün “Azərbaycan dili”) dəfələrlə salınsa da, bir qayda olaraq, ikinci bənd – məhz məktəblilərin yaş dövrünə aid olan bənd ixtisar olunur. Burada on beşində yavan girər duşuna misrası insan fiziologiyasında baş verən dəyişikliyə işarədir. Bu yaş dövründən etibarən gənc yuxuda arzu etdiyi gözələ qovuşur. Yalnız bu qovuşma yuxuda baş verdiyi üçün “yavan” sözü işlənmişdir. Akad. Nizami Cəfərov bunu “yaban” (çöl) sözü ilə əlaqələndirir.
Azərbaycan dastanlarının leksikasıQadınların yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü. (“Koroğlu” dastanının lüğəti)
Dərzidən bir dəst gözəl paltar alıb geyinib-keçindi. Qarının dişləri olmadığına görə ağzına yaşmaq tutdu. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıÖrdəyin erkəyi. (“Koroğlu” dastanının lüğəti)
Poeziyada, adətən, “yaşılbaş sona” kimi rast gəlinir, gözəl mənasında işlənir.
Qeyd: heyvanat aləmində erkəklər, o cümlədən ördəyin erkəyi daha gözəl olur. Məhz gözəlliyinə görə bu söz aşıq şeirində qadınları vəsf edərkən işlənir.
Sən bir yaşılbaş sonasan,
Baissən min bir qana sən.
Nə ola sözüm anasan,
Qoy tökülsün şux tellərin!
(“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası