1. Öz, özü, özüm.
2. Həqiqətən, doğrudan da.
3. Əsl, məhz. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam, mən xud yetişdim cana,
Əvvəl əldən özüm girrəm meydana,
Toxad qələsini bularam qana.
Yazın, Təkəlidən dəlilər gəlsin!..
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıAdətən, yük və ya minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan ya da cod parçadan tikilən ikigözlü torba, iri heybə. (“Koroğlu” dastanının lüğəti)
Sən də bir böyük xurcunla Aslan paşanın xəzinəsinin qabağında məni gözlərsən. (“Durna teli”)
*
Çobanın çiynindəki xurcunda quru çörəyi var idi. Koroğlu bərk acmışdı, özü əlini xurcuna salıb çörəkdən çıxartdı, ovub südün içinə tökdü. (Paris nüsxəsi, 3-cü məclis)
*
Axcanı xurcuna tökdün,
Ürəymin başını sökdün,
Atamın belini bükdün,
Necə ağlamım, Koroğlu?
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıBənd. (“Koroğlu” dastanının lüğəti)
İndi gərək səninlə bir savaşam. Sən mənim gücümü görəsən, mən sənin. Ondan gedək. Özü də sinəmə dörd xanə söz gəlib. Əvvəl qoy onu deyim, sonra vuruşaq. (“Koroğlu və Bolu bəy”)
*
Koroğlu Eyvazı dara gedən görüb götürdü sözün üçüncü xanəsini dedi... (“Durna teli”)
*
Axır xanələrdən Cəfər paşa şübhələndi. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası