Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

xırqa

Bax: xirqə. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

xışım

Bax: xişm. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

xon

Bax: xonça. (“Koroğlu” dastanının lüğəti)

Çənlibeldə köçüm, qonum,

Atlasdan biçilər donum,

Ortadan qalxmaya xonum,

Gündə yüz qonağım ola!..

                             (“Qulun qaçmağı”)

Azərbaycan dastanlarının leksikası

xonkar

Bax: xotkar. (“Koroğlu” dastanının lüğəti)

Xonkar söz vermişdi ki, Qulu bəy Koroğlunu öldürsə, qızı Dünya xanımı Qulu bəyə verəcək. (“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd oğlu”)

Azərbaycan dastanlarının leksikası

xoryad

Bax: xoyrat. (“Koroğlu” dastanının lüğəti)

Səhər-səhər çəmənlərdə gəzərsən,

Söylü bəylər məclisində məzəsən.

Mislin oxdur, qızıl güldən təzəsən,

Sana xoryad əli dəydi, sol, sonam!

                                  (Gürcü əlifbası ilə yazılmış əlyazması)

Azərbaycan dastanlarının leksikası

xotkar

1. Hökmdar, sultan, başçı.

2. Bax: xonkar. (“Koroğlu” dastanının lüğəti)

Dastanlarda xonkar, xodkar, xudkar şəklində də işlənir. Bax: xonkar.

Koroğlu, məni xotkar sənin yanına göndərib. Bəsdir bu qədər xotkara düşmən oldun. İstəyirəm xotkarla səni barışdıram. Xotkar deyir, o mənim böyük oğlum, Bürcü Sultan kiçik oğlum. (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Bu tərəfdən də xotkar bütün paşalara, qoşun böyüklərinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək.  (“Koroğlunun Ərzurum səfəri”)

*

Baş əymərəm xotkar yazan fərmana,

Gələrsən əlimdən axır amana,

Koroğluyam, nərəm çıxar asmana,

Qoşun qaçar dörd bir yana, əfəndim!

                                (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Vuram xotkar, tutam paşa,

Xanlar məndən çəkə haşa.

Bu dövranım vara başa,

Sönməyən çırağım ola!..

                                  (“Qulun qaçmağı”)

Azərbaycan dastanlarının leksikası