fars. xak – torpaq, pa – ayaq
1. Ayağın torpağı; ayaq basılan yer.
2. Astana, kandar. (“Koroğlu” dastanının lüğəti)
Qırram qoşununu xaki-pay kimi,
Bir qılınc vuraram Əmiray kimi,
Mən coşmuşam boz-bulanıq çay kimi,
İnanma ki, neçə ilə sönəm mən.
(“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıMəcazi mənada: yetkin olmayan, təcrübəsiz, püxtələşməmiş, hazırlıqsız. (“Koroğlu” dastanının lüğəti)
Uca dağları döşlətdin,
Ağır alaylar boşlatdın,
Yüz il lotuluq işlətdin,
Axır oldun xam, Koroğlu...
(“Həmzənin Qıratı aparmağı”)
*
Cəfər paşa istəyirdi ki, onu xam salsın. Ta ki pəhləvanlar hazırlansınlar. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikasıEv-eşik, ata yurdu, ocaq, məskən, dudman. (“Koroğlu” dastanının lüğəti)
Kəsiblər dörd bir yanımı,
Dağıdarlar xanmanımı,
Axıdarlar al qanımı,
Bir umudum sizə gəlir...
(“Qulun qaçmağı”)
*
Koroğlu bunu bilməsə,
Xaniman tərkin qılmasa,
İgid meydanda ölməsə,
Yarasız gəlsə, ar olur.
(Paris nüsxəsi, 9-cu məclis)
Azərbaycan dastanlarının leksikasıTikan. (“Koroğlu” dastanının lüğəti)
Çənlibeldə qar görünür,
Güllər mənə xar görünür,
Günüm ahü zar görünür,
Bir qaydıma qalan yoxdu.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Gülü tapşurdular xara,
Cigər oldu hazar para,
Nə göz tikmisən Nigara,
Firəng oğlu, firəng oğlu?
(Paris nüsxəsi, 5-ci məclis)
Zəlil, etibarsız. (“Koroğlu” dastanının lüğəti)
Dəlilərim, bu gün dava günüdü,
Atlanın, yaradan bizə yar olsun!
Mərd igidlər yarasından bəllidi,
Namərdləri qoy tər bassın, xar olsun!
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası1. Seçilmiş, xüsusi, məxsus.
2. Əsil, nəcabətli. (“Koroğlu” dastanının lüğəti)
Cəmi dəlilərin xası,
Meydanda var mərd davası,
Koroğlunun qoç balası,
Bu gələn Eyvaz, bu gələn.
(“Durna teli”)
*
Xan Eyvazım gül parçası,
İsabalı igid xası.
Ucalsın dəlilərin səsi,
Ağlama, Nigar, ağlama!
(“Durna teli”) (“Bağdad-Əsəd”)
Azərbaycan dastanlarının leksikasıTərkibində süd şirəsi olan iri çiçəkli və içi xırda toxumlarla dolu qozaşəkilli meyvə verən bitki. (“Koroğlu” dastanının lüğəti)
Dastanda təşbeh kimi işlənir.
Koroğlu Qıratın cilovunu buraxıb Həsən paşanın dalısınca çapdı. Həsən paşaya çatdıqda qılıncla başını xaş-xaş toxumu kimi dağıtdı. (Paris nüsxəsi, 6-cı məclis)
*
Koroğlu qəssab şəyirdinin yekəbaşlığını görüb, qılıncını çəkdi, onun başını xaşxaş toxumu kimi dağıtdı. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası