Dastanlarda qismət, nəsib, tale mənalarında işlənir (təqdiri-qəza şəklində də rast gəlinir).
Cuma da Mənsurtək dar qabağında.
Təqdirin qəzası var qabağında,
İstədim ölməyi var qabağında,
Ol zülcəlal mən deyəni demədi.
(“Heydər bəy”)
*
Bizə belə imiş təqdirin işi
Axıtdı gözümdən qan ilə yaşı.
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikasıDar, sıx.
Təngnəfəs sözünün tərkib hissəsidir.
Gəl görüm, gəl görüm şahbaz şikarı,
Bu meydana gələn baş verib gedər.
Təng edərəm sənə bu ruzigarı,
Bu meydana gələn baş verib gedər.
(“Dilsuz və Xəzangül”)
Bir qulum qaçubdu Ərəbistana,
Gedün dalısınca, tutun gətürün.
Qolların bağlayun təngi-təng bəstə,
Ərəbat köksünə qatun, gətürün.
(Paris nüsxəsi, 11-ci məclis)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikasıMərhəmət etmə, yazığı gəlmə, halına acıma.
Rəhm, mərhəmət sözləri ilə flektivlik baxımından eyniköklüdür.
Heç çıxmadım nazlı yarın köşkünə,
Bulanmadım ənbərinə, müşkünə,
Tərəhhüm eylə sən qərib miskinə,
Mətləbimdi, Pəri üçün gəlmişəm.
(“Qurbani”)
*
Sənə qurban olsun Samı beçara,
Tərəhhüm etginən məntək naçara.
Olginən təbibim, qılgınan çara,
Çək sinəm dağına xəz, qayıt indi.
(“Sam şahzadə”)
*
Alı aşıq olmuş bir əhli dilə,
Təbibi mövladı, dərdini bilə,
Bir tərəhhüm eylə sərdə aqilə,
Çünki sərdən getdi divana qaldı.
(“Aşıq Alı və Əsmər xanım”)
Azərbaycan dastanlarının leksikasıArxa, arxa tərəf.
Dastanda atın belinin yəhər qoyulan yerinin dal tərəfi mənasında işlənir.
İndi gəl min tərkimə gedək.
(“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
Qaçaraqda əlini atıb Telli xanımı pərdə qarışıq götürüb atın tərkinə qoydu.
(“Koroğlunun Ərzurum səfəri”)
O vaxt kağız aparanlar kağızı papağının tərkinə qoyardılar ki, görüksün, kağız sahibi kağızını tanısın.
(“Nəcəf və Pərzad”)
Azərbaycan dastanlarının leksikası1. Yırtıcı quş.
2. Məcazi mənada: qoçaq, igid, zirək, gözəl mənasında işlənir.
Aşıq şeirində, klassik poeziyada, bir qayda olaraq, sar ilə qarşılaşdırılır.
Tərlan tərlanınan,
Sar da sarınan.
Bülbül öz gülüynən
Yar da yarınan,
Tərlan da götürməz,
Sarı yanınca.
(“Qulam-Kəmtər”)
*
Xab içində yatan bixəbər səyyad,
Tərlan mənəm, qeyri-tərlan istəmə!
Mən səni sevmişəm, sən də sev məni.
Sev bu canı, qeyri canan istəmə!
(“Abdulla və Cahan”)
*
Belə zaman hara, qoç igid hara?
Mərdləri çəkirlər namərdlər dara,
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?
(“Koroğlunun qocalığı”)
*
Hanı Əhməd şeşpər ata,
Dəmirçioğlu küştü tuta,
Bu günümdə gəlib çata
Tərlan dəlilərim mənim.
(“Koroğlunun qocalığı”)
*
Bugünkü məclisdə bir gözəl gördüm,
Gözəllər səfində sana yaraşır.
Geyinib sallanan gözəllər çoxdu,
Tərlan kimi süzmək ona yaraşır.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Oturmuşdum mən xan kimi,
Göz yaşım axdı qan kimi,
Bir alıcı tərlan kimi,
Sür atını bu meydana!
(“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)
Azərbaycan dastanlarının leksikasıXristian, xaçpərəst, isəvi.
Sən bir tərsa qızısan,
Əydin qəddin dal elədin.
Yıxdın könlümün evini,
Gör necə xəyal elədin.
(“İrvahım”)
Çox da laf eyləmə, Bolu,
Mən də bir bəbirəm, bəbir.
Bularam qızıl qanına,
Tərsayam, gəbirəm, gəbir.
(Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)
Sən tərsa ol, xaçın alum,
Ağ üzüvün maçın alum,
Hörüb siyah saçın alum,
Salub dal gərdənə gəldi.
(Paris nüsxəsi, 4-cü məclis)
Mən sevirəm tərsaların xaçını,
Alan olmaz ağ üzündən maçını,
Tazısın, tulasın, bir də laçını,
Qılıncın, qalxanın atın, gətürün.
(Paris nüsxəsi, 11-сi məclis)
Azərbaycan dastanlarının leksikası