Müasir dildə bu ifadənin məcazi mənası işlənir. (“Koroğlu” dastanının lüğəti)
Dastanda toy etmək mənasında rast gəlinir.
Yeddi yüz yetmiş yeddi dəli hazırlıq gördü. Aşıq Abdal, rəqqasələr, təlxəklər hamısı hazır olub qırx gün, qırx gecə toy tutdular.
(Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikasıİçində maye, yağ və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən, aşılama ilə hazırlanmış qoyun və ya keçi dərisi. (“Koroğlu” dastanının lüğəti)
Saqi tuluqları məclisin ortasına sürüyüb badə gəzdirdi.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Koroğlu yerdə bir şərab tuluğu gördü. Tuluğun dibində bir batman yarım – iki batman şərab qalmışdı. Koroğlu tuluğu son damlasına qədər başına çəkib yerə qoydu.
(Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikası1. Tükünü, yununu tökmüş.
2. məc. Təcrübəli. (“Koroğlu” dastanının lüğəti)
“Divanü Lüğat-it-Türk” də tülə (tükünü tökmək) feili vardır.
Səhər-səhər nə xoş gəlir avazın,
Gedibdir baharın, qalıbdır yazın,
Səni alır qaçar tülək şahbazın,
Sizin göldən bizim gölə gəl, sonam.
(Gürcü əlifbası ilə yazılmış əlyazması)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası