Dərdli. (“Koroğlu” dastanının lüğəti)
Qara xan çox əzazil bir xan idi. Çox az adam tapılardı ki, onun əlindən sinədağlı olmasın.
(“Düratın itməyi”)
Anamın yoluna qolu bağlıyam,
Atamdan ayrıyam, sinədağlıyam,
Kürdoğluyam, Koroğlunun oğluyam,
Yön çevirib Çənlibelə gedirəm.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikasıQara. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu mayıldı sizə,
Qulaq verin saza, sözə,
Siyah sürmə ala gözə
Çəkibsən, qara deyilmi?
(“Həmzənin Qıratı aparmağı”)
Mən qurbanam yarın siyah telinə,
Könül quşu qonmaq istər gülünə,
Səni Koroğlunun Çənlibelinə
Aparmasa, əcəm getməz bu yerdən.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)
Azərbaycan dastanlarının leksikasıYalınqılınc, qınından çıxarılmış qılıncla. (“Koroğlu” dastanının lüğəti)
Dəlilər daha heç nəfəs almayıb, siyirməqılınc özlərini vurdular qoşuna.
(“Koroğlunun Bayazid səfəri”)
Hasan paşa hökm elədi başındakı adamlar birdən siyirməqılınc töküldülər onun üstünə.
(“Hasan paşanın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası1. İtiləmək.
2. Dialektlərdə kəsici alətləri itiləyəndən sonra qılovunu almaq mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Bağ bəsləyib, qızılgülün dərməsən,
Dərib, dərib, yaylıq üstə sərməsən,
Mətləbə gəlmişəm, mətləb verməsən,
Sığal verib misri qılınc sovlayam.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası