Soraq. (“Koroğlu” dastanının lüğəti)
Gəlirdim yarı-yabannan,
Sabığın aldım çobannan,
Ayırdım qoca babannan,
Ağlama, Eyvaz, ağlama.
(Paris nüsxəsi, 3-cü məclis)
Çəmlibeldən durub bura gəlmişəm,
Qıratın sabuğun burda almışam,
Koroğlu der, öz malımdı, minmişəm.
(Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikasıBax: saqi. (“Koroğlu” dastanının lüğəti)
Qoç Koroğlu ər yaşında,
Qüdrət qələmi qaşında,
Əyləşəm məclis başında,
Xan Eyvazım sağım ola.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
Məclisdə dolanmır sağın,
Sinəm üstdən getməz dağın.
Tökülübdü qaşqabağın,
Boranmı, qışdımı, nədi?
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıHeyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəf; yanbız, omba, yan. (“Koroğlu” dastanının lüğəti)
Paşa, sənə nişan verim Qıratı,
Əbrişim ipəkdən yalı gərəkdi.
Bir mina boyunlu, uca sağrılı,
Bir yarım hoqqadan nalı gərəkdi.
(“Həmzənin Qıratı aparmağı”)
Bu at çox gözəlləşmişdi: iri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı... (“Alı kişi”)
Qıratı çəkməsəm, dağlar sökülməz,
Bəzməndin çəkməsəm, sağrı örtülməz.
Qabağımdan qaçan düşman qurtulmaz,
Qisas aldım, arzumanım qalmadı.
(“Korğlunun İstanbul səfəri”) (“Koroğlu–Hümmət”)
Azərbaycan dastanlarının leksikasıSoraqlaşmaq. (“Koroğlu” dastanının lüğəti)
O gün olmazdı ki, Çənlibelə yeni-yeni adamlar gəlib dəlilərə qoşulmasın. Koroğlu soraqlaşır, salıqlaşır, harda bir igid olduğunu öyrənirdisə, əlləşib, vuruşub Çənlibelə gətirir, dəlilərinə qatırdı. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası