Dövran, zəmanə, tale, fələk. (“Koroğlu” dastanının lüğəti)
Amma sən gəl ki, bu neçə il ruzigar hələ bu meydanlarda nə Qara pəhləvan basılmışdı, nə də aşıq Cünun. (“Koroğlunun Ərzurum səfəri”)
*
Koroğlu aşıq Cünuna elə bir xoşgəldin elədi ki, ruzigarın gözü hələ belə xoşgəldin görməmişdi. (“Koroğlunun Ərzurum səfəri”)
*
...amma altında bir at var, bir at var ki, ruzigarın gözü belə at görməyib. (“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikasıərəb. rüxsət
İzin, icazə. (“Koroğlu” dastanının lüğəti)
Mürəxxəs, tərxis sözləri ilə flektivlik baxımdan qohumdur.
Şirin xanım gördü əmisi qızı danışa bilmir, utanır, dedi:
– Koroğlu, rüsxət versən, sirri sənə mən deyərəm.
Koroğlu dedi:
– Rüsxətdi. De! (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Onda İsabalı yerindən qalxdı ki:
– Nigar xanım, onda rüsxət ver, mən gedim. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası