Deyim “Novruz” dastanında işlənib.
Doqquz gün, doqquz gecə toy vurdurduqdan sonra Qəndabın kəbinini Novruza kəsdirdi, onun əlini Novruzun əlinə tapşırdı.
Camaat toyu təbrik edib dedi:
– Ulduzlarınız barışsın! Ruzunuz göydən yağsın, yerdə bitsin! Şanınız daha da ucalsın! (“Novruz”)
Azərbaycan dastanlarının leksikasıRəvayət edən, hekayət edən. (“Koroğlu” dastanının lüğəti)
Rəvayət sözü ilə flektivlik baxından eyniköklüdür.
Ravilər, müdrik tarixçilər belə nəql edirlər ki, ikinci şah Abbas Koroğlunun adını, sanını, eşidib onu ordusuna sərkərdə etmək istəyir, Koroğlu buna boyun qoymurdu. (Paris nüsxəsi, 13-cü məclis)
Azərbaycan dastanlarının leksikasıSəfər ləvazimatı. (“Koroğlu” dastanının lüğəti)
Bu sözün qoşqu ləvazimatı, minik atına lazım olan əşyalar, döşənəcək, yatacaq mənaları da var.
Koroğluyam əzəmmədim,
Geyib rəxtim gəzəmmədim,
Gen dünyada gəzəmmədim,
Dünya mənə dar görünür.
(Paris nüsxəsi, 5-ci məclis)
Azərbaycan dastanlarının leksikası