Qamış. (“Koroğlu” dastanının lüğəti)
Mənim atım atım-atım atılar,
Qulaqları qarğı kimi çatılar,
Ucuzluqda min tümənə satılar,
Alma gözlüm, qız birçəkli Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”)
*
Məni görüb atım-atım atılı,
Qarğı qulaq bir-birinə çatılı,
Ucuzluqda min tümənə satılı,
Bahalıqda yox qiymətin Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Əsəd”)
Azərbaycan dastanlarının leksikasıQoca qadın, qoca arvad. (“Koroğlu” dastanının lüğəti)
Qarı nədi, bu saat başı beş min sulu söyüş yağdıraram, mən qızdan da cavanam, gözələm.(Paris nüsxəsi, 4-cü məclis)
1. Qatı, qəddar.
2. Köhnə. (“Koroğlu” dastanının lüğəti)
Qarı düşmən, fənd-felini bilirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Saat yarım sizə möhlət verirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
(“Qulun qaçmağı”)
*
– Qarı düşməndən dost olmaz, vurub onları darmadağın eləyin! (Paris nüsxəsi, 10-cu məclis)
Qolun dirsəkdən yuxarı hissəsi; bazu. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu qulun qollarının qarısını aldı əlinə, gözlərini də dikdi gözlərinə. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikasıXəbər və ya məktub aparıb gətirən adam; elçi, çapar. (“Koroğlu” dastanının lüğəti)
Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı. Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər. (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Elə ki qasid gəlib Bayazidə çıxdı, Əhməd tacirbaşı naməni oxuyub gördü Hasan paşa yazıb. (“Koroğlunun Bayazid səfəri”)
*
Cəfər paşa naməni bir qasidə verib xotkara göndərdi, özü də hazırlıq görməyə başladı. (“Koroğlunun Ərzurum səfəri”)
*
Alma satan Koroğluynan Pərizad xanımın arasında qasidlik edirdi. Koroğlu bu eşq üstündə Pərizad xanımın qardaşını da öldürmüşdü. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikasıDastanda müxtəlif yazılışda rast gəlinir. (“Koroğlu” dastanının lüğəti)
İzahlı lüğətdə torağay kimi izah olunur. Dastanda şahin, qırğı mənalarında rast gəlinir. Nüsxələrin birində qarışqa kimi işlənmişdir.
Əsli mahmududu, tasma boyunlu,
Meydana girəndə yüz min oyunlu,
Qarıçqay baxışlı, ac qurd yeyimli,
Ortası qoluna dolu gərəkdi.
(Paris nüsxəsi, 6-cı məclis)
Azərbaycan dastanlarının leksikası