Səhv, yanlış, xəta. (“Koroğlu” dastanının lüğəti)
Koroğlunun sözün yazma qələtə,
Hesab etmə qanmaza, nabələdə,
Ruqiyyə xanımı gəl ver Məmmədə,
Sən gəl bu sövdadan incimə, ay xan!
(“Qulun qaçmağı”)
*
Qarı dedi:
– Ay oğul, arxayın ol, mən heç zaman belə qələt eləmərəm. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikasıBax: qələndəranə. (“Koroğlu” dastanının lüğəti)
Qoruğa çatdıqda gördü ki, Eyvaz bir qələndəri çadır qurub əlli-altmış atlı da yan-yörəsini kəsib. Koroğlu öz-özünə fikirləşib dedi: “Yəqin Eyvaz bu əlli-altmış nəfəri özünə nökər gətirib. ..” (Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikasıDərvişanə, qayda-qanuna tabe olmayan, özbaşına. (“Koroğlu” dastanının lüğəti)
Bolu bəyin gözətçiləri də ondan bir qədər aralı çadır qurmuşdular. Eyvaz gördü ki, yolun kənarında qələndəranə çadırlar görünür. O, atın başını çadırlara tərəf döndərdi. (Paris nüsxəsi, 10-cu məclis)
Azərbaycan dastanlarının leksikası1. Hiddət, qəzəb, acıq.
2. Bir məhrumiyyət, haqsızlıq üzündən doğan hədsiz ruhi əzab və iztirab. (“Koroğlu” dastanının lüğəti)
Kal qoşub kotan əkməyən,
Nanın süfrəyə tökməyən,
Arının qəhrin çəkməyən
Balın qədrini nə bilir?
(“Həmzənin Qıratı aparmağı”)
*
Xoca Əziz xocaların qəhrində,
Gün görmədin xan Eyvazın təhrində,
Qolu bağlı gördüm Bağdad şəhrində,
Sənin Eyvazından xəbərin varmı?
(“Durna teli”) (“Eyvaz–Əsəd”)
Azərbaycan dastanlarının leksikasıBax: qəhr. (“Koroğlu” dastanının lüğəti)
Qoç Koroğlu qonar olsa yəhərə,
Yağı düşmənləri salar qəhərə,
Axurda arpasın qoymaz səhərə,
Dara düşsəm, mənə kömək Qıratım.
(“Koroğlunun İstanbul səfəri”)
*
Qabaqda qalırmı arpan səhərə?
Üzəngilər nə yaraşır yəhərə...
Dəlilər salmışdı məni qəhərə,
Alma gözlüm, qız birçəklim Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıBax: qafilə. (“Koroğlu” dastanının lüğəti)
Gün o gün oldu ki, Əhməd tacirbaşı qəflə-qatırla gəlib çıxdı Çənlibelin on beş, iyirmi ağaclığına. (“Koroğlunun Bayazid səfəri”)
*
Sözü tamam olandan sonra Koroğlu, yeddi yüz dəli, qəflə-qatırla birlikdə Göycəbeldən yola düşdü. Mənzilbəmənzil gəlib Qazlı gölə çatdılar. (Paris nüsxəsi, 2-ci məclis)
Azərbaycan dastanlarının leksikasıYırtıcı quş; quzğun. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərdə qəcər, qəcil, qajır formalarına rast gəlmək olur.
– Sazı ver, o türkünü deyim, sən də qulaq as.
Mustafa bəy Dəmirçioğluna dedi:
– Deyəsən, bu haramzada qəcir quşu kimi yuxu görür. (Paris nüsxəsi, 11-ci məclis)
Azərbaycan dastanlarının leksikası