Basdırmaq, yerə gömmək. (“Koroğlu” dastanının lüğəti)
Əmudun yanından keçəndə əl atıb, onu yerdən dik qaldırdı, başının üstündə hərləyib elə tulladı ki, əmud yerə düşüb dəstəsinə qədər torpağa quylandı. (“Koroğlunun Ərzurum səfəri”)
*
Arxayın ol, aşıq! Səni qızıla quylayacağam. Amma hələ biz çəkilməmiş çıxartma. Ziyanlıq-zad eyləyər. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıAtın belində yəhərin qabaq tərəfə sürüşməməsi üçün onun quyruğu altından keçirilən qayış // iş heyvanlarının quyruğu altından keçirilən qayış. (“Koroğlu” dastanının lüğəti)
Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məscidə qoymazdılar ki, başmaq oğurlayar, tövləyə qoymazdılar ki, quşqun oğurlayır. (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıQəpik mənasında işlənib. (“Koroğlu” dastanının lüğəti)
Türkiyədə lirənin yüzdə biri qiymətində xırda pul quruş adlanır.
Ondan sonra mən bir qızdan ötrü olaram xotkarın yanında üç quruşluq. (“Koroğlu ilə Bolu bəy”)
*
Bu gün gəlib gördüm ki, Mir İbrahim qəssabın oğlu Eyvazın dükanında ətin hoqqası iki quruşa satılır. Bu əti iki quruşa aldığıma görə salavat çevirirəm. (Paris nüsxəsi, 3-cü məclis)
*
Koroğlu əlini cibinə salıb bir quruş çıxartdı, onu Eyvaza uzadıb dedi:
– Götür bir hoqqa ət ver, pulun qalığını da tez qaytar, yoldaşlarım getdilər. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikasıBelinə qurşaq, kəmər və s. bağlamaq. (“Koroğlu” dastanının lüğəti)
Dastanda geyinmək mənasında işlənib.
Sağ gedəsən ulusuna, elinə,
Misri qılıc bağladaram belinə.
Geyim qurşan, qalxan bürü qoluna,
Sən də bəylərinən sayıl, Eyvazxan!
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
Azərbaycan dastanlarının leksikasıGöyərçin cinsindən boz rəngli gözəl bir quş. (“Koroğlu” dastanının lüğəti)
Məcazlarda “gözəl danışıq”, “gözəl söhbət” mənasında işlənir.
Bir mina gərdənli, durna boğazlı,
Bir alma yanaqlı, bir şəhla gözlü,
Tuti danışıqlı, qumru ağızlı,
Şirin dili canım aldı, Koroğlu!
(“Koroğlunun Ərzurum səfəri”)
*
Hüsnün Züleyxadı, zəbanın qumru,
Yetişibdi bir cüt nar sinən üstə.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Teymur”)
Azərbaycan dastanlarının leksikasıİpək, yun, kətan və s.dən toxunmuş parça (əsasən, al-əlvan rənglərdə olur). (“Koroğlu” dastanının lüğəti)
Əyləşibdi Çənlibelin elində,
Deyil işlərində naşı Koroğlu.
Misri qılınc həmayıldı belində
Geyər hər vaxt al-qumaşı Koroğlu.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Dəmirqapı Dərbənd əcəb tamaşa,
Batıb gözəlləri ala, qumaşa,
Adım Möminədi, atam Ərəb paşa,
İstərəm özünə elə yar məni.
(“Koroğlunun İstanbul səfəri”) (“Dərbənd-Vəli”)
Azərbaycan dastanlarının leksikasıTənha çöllərdə, qalın meşələrdə tək qaldıqda adamın gözünə görünən mövhumi bir vücud. (“Koroğlu” dastanının lüğəti)
O, öz-özünə fikirləşdi: Əgər bu qulyabanı, ya cin olsa, “bismillah” deyəndə qaçar, qoyunların südünü içib qurtardı, bir saatdan sonra yenə acıb qoyunlarımı yeyəcək, üstəlik doymasa, məni də yeyəcək. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası